XİN başçılarının təkbətək görüşü keçirilib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Soçidə təkbətək formatda görüş keçirib. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN)məlumat yayıb.
Bildirilib ki, XİN rəhbərləri prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında davamlı dialoqun və etimadın yüksək səviyyəsinin yalnız ikitərəfli deyil, həm də regional əlaqələrin inkişafı üçün vacib rol oynadığını qeyd ediblər.
Görüş zamanı siyasi dialoq, iqtisadiyyat, mədəniyyət, humanitar mübadilə, dini əlaqələr və turizm sahəsindəki əməkdaşlıqlar müzakirə edilib.
Bununla yanaşı, nazirlər prioritet məsələ sayılan Dağlıq Qarabağ mövzusu ətrafında da fikir mübadiləsi aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.