“Dünya ABŞ-a gülür, Leninlə Stalin isə gülümsəyir”
ABŞ-ın hazırkı Prezidentinin oğlu - kiçik Donald Tramp ölkədəki söz azadlığının atasının tvitter hesabının həmişəlik bloklanmasından sonra öldüyünü deyib.
Azadmedia.az bildirir ki, bu barədə o, tvitterdə yazıb.
“Dünya ABŞ-a gülür, Mao (Tszedun), (Vladimir) Lenin və (İosif) Stalin isə gülümsəyirlər. Texnoloji nəhənglər Prezidenti senzuraya məruz qoya bilərmi? Söz azadlığı ölüdür və güclü solçular tərəfindən idarə olunur”, - kiçik Donald Trampın paylaşımında deyilir.
Prezidentin oğlu sosial şəbəkə administrasiyasının tezliklə onun da hesabını bloklayacaqlarını istisna etməyib.