Paşinyanın yolunu bağladılar, aeroporta çətinliklə getdi - Fotolar
Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri etirazla nəticələnib.
AzadMedia.az xəbər verir ki, “armeniasputnik” saytının məlumatına görə, hava limanı yaxınlığına toplaşan etirazçılar hökumət rəhbərinin Rusiyanın paytaxtına getməsinə mane olmağa çalışıblar.
Etirazçılardan biri bildirib ki, Paşinyan “Zvartnots” hava limanına çataraq Moskvaya getməyi bacarıb.
Bundan başqa əlavə edib ki, Baş nazir Moskvada hər hansı bir sənəd imzalayarsa, Ermənistan hava məkanı onun üçün bağlanacaq.
“Nikol Paşinyan qanunsuz bir liderdir, Ermənistanı təmsil etmir və imzalayacağı sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”, - deyə etirazçı vurğulayıb.
Xatırladaq ki, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü keçiriləcək.