AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qara dənizin Türkiyə sahillərində batan gəmi Ukraynaya məxsusdur - YENİLƏNİB + VİDEO

  • + A
  • - A
  • 17-01-2021, 16:40


    Türkiyənin Bartın vilayətinin valisi ölkə sahillərində batan gəmidəki 13 ekipaj üzvü əvvəldə qeyd olunduğu kimi Rusiya yox, Ukrayna vətəndaşlarıdır.

    “RİA Novosti” batan gəminin Ukraynanın “Tesore Marine” şirkətinə məxsus olduğunu bildirib.

    Son məlumatlara görə batan gəminin iki heyət üzvü həlak olub.

    15:32

    Qara dənizdə batan Rusiya yük gəmisinin heyətindən üç nəfər Türkıyə tərəfindən xilas edilib.

    Bu barədə Bartın vilayətinin qubernatoru Sinan Güner bildirib.

    15:19

    Rusiyanın yük gəmisi Qara dənizin Türkiyə sahillərində batıb.

    Anadolu Agentliyinin yaydığı məlumata görə, hadisə Bartın vilayəti bölgəsində baş verib. Hadisənin təfərrüatı barədə hələlik başqa xəbər yoxdur.

    Bildirilir ki, Türkiyə tərəfi üç xilasetmə qayığında olan 15 ekipaj üzvünü xilas etmək üçün əməliyyat keçirir.

    Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatına mane olur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR