BMT-nin 2 sülhməramlısı öldürüldü
APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə Banqasudan (Mbomu prefekturası) 17 km aralıda baş verib.
Missiyanın rəhbəri Manker Ndiaye silahlıların hücumunu qınayıb.
Qeyd edək ki, ölənlərdən biri qabonlu, digəri isə mərakeşlidir.
O, BMT missiyasının təcavüzkarların şəxsiyyətini müəyyənləşdirmək və ədalət mühakiməsinə cəlb etmək üçün MAR rəhbərliyi ilə səyləri birləşdirəcəklərini vurğulayıb.
Xatırladaq ki, ötən həftə də MAR-da 2 BMT sülhməramlısı öldürülmüşdü.