AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sudanın Qərbi Darfur vilayətində hücum zamanı 80-dən çox insan öldürüldü, 160 insan yaralandı

  • + A
  • - A
  • 19-01-2021, 11:02

    Sudanın Qərbi Darfur vilayətində hücum zamanı 80-dən çox insan öldürüldü, 160 insan yaralandı

    BMT-nin baş katibi Antonio Quterreş Sudanın Qərbi Darfur vilayətinin Krıninq qaçqın düşərgəsində və paytaxt Kenenenin ayrı-ayrı yerlərində naməlum silahlı şəxslərin 80-dən çox insanı öldürməsi və azı 160 nəfəri yaralamasından sonra rəsmiləri vətəndaşları qorumağa çağırıb.

    Qubernator Məhəmməd Abdalla Əl Duma vilayətdə fövqəladə vəziyyət elan edib.və təhlükəsizliyi bərpa etmək üçün vilayətə yüzlərlə əsgəri qüvvə göndərib.

    Quterreşin sözçüsü açıqlamasında bildirib ki, BMT-nin baş katibi "ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyir".

    Qubernator Duma qətl hadisələrinin cümə günü Masalit qəbiləsinin bir üzvünün aralarındakı şəxsi mübahisə zamanı ərəb qəbiləsinin üzvünü öldürməsindən sonra başladığını deyib. O, qatilin həbs edildiyini və dövlət prokurorunun hadisə ilə bağlı istintaqa başladığını bildirib.

    Duma şənbə günü səhər tezdən Darfurun müxtəlif bölgələrindən silahlı insanların intiqam almaq üçün bir araya gəldiyini və hücumlara başladıqlarını deyib.

    Hücum zamanı minlərlə məcburi köçkünün düşərgədən qaçdığı bildirilir. Qubernator hadisə zamanı əmlakların da qarət edildiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR