30 ilə yaxın idi ki, Qarabağa qovuşacağımız günü gözləyirdik.
Bu gün isə insanlarımız Qarabağa qayıdır. Bu o deməkdir ki, Qarabağla bağlı istənilən arzularımız gerçəkliyə qovuşmaqdadır.
Bəs Milli Məclis parlamentin iclaslarından birini yaxın aylarda Şuşada keçirə bilərmi?
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Modern.az-a açıqlamasında deyib ki, arzular gerçəkləşəndə hər şeyin mümkündür:
“Şuşanı cənab Prezident İlham Əliyev mədəniyyət paytaxtı elan edib. Bu şəhər Azərbaycanın qədim tarixi, Qarabağ xanlığının mərkəzidir. Bizim üçün əziz olan bir yerdir. Təbii ki gələcəkdə parlamentin Şuşada iclas keçirməsi çox da gec olmayacaq. İstək varsa, arzular həmişə gerçək olur”.
Elman Məmmədov mayın 8-də Şuşada qələbə paradı keçirməyi daha doğru hesab edib:
“Erməni murdarları 28 il idi ki, hər il Şuşanın işğal günü olan mayın 8-də qələbə paradı keçirirdilər. İnşallah, bu il mayın 8-də Azərbaycan Şuşada qələbə paradı keçirəcək. Cənab prezidentimizin də dediyi kimi, Şuşada Vaqif poeziya günləri də, Xarı bülbül bayramları da keçirəcəyik. Yol məsələmiz həll ediləndən və insanlarımız ora qayıdandan sonra parlamentin bir iclasını orada keçirmək deputatlara da xüsusi ruh yüksəkliyi verər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.