Türkiyə milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər İraqa səfər çərçivəsində Bağdaddan sonra Ərbilə gedib.
AzadMedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlar Ərbildə İraq Kürdüstan Regional Hökumətinin keçmiş başçısı və Kürdüstan Demokratik Partiyasının lideri Məsud Bərzani ilə görüşüblər.
H.Akar görüşdə Ərbildə olmaqdan məmnuniyyət hissi duyduğunu bildirib: "Həm iraqlı qardaşlarımız, həm də region xalqı, həm də Türkiyə üçün problemlərimizi müzakirə etmək fürsəti tapacağıq. Problemləri birgə həll edə biləcəyimizə inanıram”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.