İran Trampa və Pompeoya qarşı sanksiya tətbiq etdi
İran hökuməti ABŞ-ın səlahiyyət müddəti başa çatan prezidenti Donald Trampı və dövlət katibi Maykl Pompeonu sanksiya siyahısına salıb.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat verib.
O həmçinin bildirib ki, ABŞ-ın maliyyə naziri Steven Mnuçin, keçmiş müdafiə naziri Mark Esper, həmin vəzifəni icra edən Kristofer Miller, CİA rəhbəri Cina Haspel, İrandakı keçmiş və hazırkı xüsusi elçilər - Brayan Huk və Eliot Abrams, habelə ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton da sanksiya siyahısındadırlar.
Sözügedən addımlara əsas olaraq ABŞ-ın regionda terrorçuluq fəaliyyətləri, habelə dünyada təhlükəsizliyə qarşı təhdid yaratması göstərilir.