AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-a giriş məhdudiyyətləri ləğv edildi

  • + A
  • - A
  • 19-01-2021, 10:08

    ABŞ-a giriş məhdudiyyətləri ləğv edildi

    AzadMedia.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatların hazırkı prezidenti Donald Tramp koronavirusla bağlı bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a giriş məhdudiyyətlərini ləğv edib.

    Belə ki, Trampın bununla bağlı imzaladığı fərmana əsasən, giriş qadağası Böyük Britaniya, İrlandiya, Braziliya, Şengen zonasının vətəndaşları üçün ləğv olunub. Bu halda Çin və İranla bağlı məhdudiyyətlər qüvvədə qalır.

    Qeyd edək ki, Fərmanda bildirilir ki, bu addım Səhiyyə Nazirliyi ilə razılaşma və 12 yanvar sərəncamları nəzərə alınaraq atılıb.

    Nəzərinizə çatdıraq ki, Avropa ölkələrinin əksəriyyətinin vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyətlər 2020-ci ilin martında tətbiq olunub, Braziliya bu siyahıya ötən ilin mayında əlavə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR