Təhsil Nazirliyi sosial şəbəkələrdə ənənəvi dərslərin 15 günlük açılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, dərslərin başlamasının koronavirusa yoluxmada artıma səbəb olub-olmadığı barədə məlumat 14 gündən sonra məlum olacaq:
“Fevralın 1-də tədrisin bərpası ilə bağlı şəhərdaxili hərəkətlilik artacaq. Əgər 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa, V-IX siniflər üçün tədrisin bərpası ləngiyəcək”.
O əlavə edib ki, COVID-19-a yoluxma kritik həddə olmasa, məktəblərdə dərslərin bərpası prosesini davam edəcəyik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.