“Nigeriyada qaçırılan gəminin türkiyəli heyəti ilə bağlı dünən gözəl xəbər aldıq”.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə birgə brifinqdə deyib.
“Boden” şirkəti ilə əlaqə saxladıq, 15 qardaşımızın da səhhətinin yaxşı olduğunu öyrəndik. İnşallah tezliklə gözəl xəbərlər alacağıq. Gəmidə üç heyət üzvü var idi, artıq yeni heyət dünən bölgəyə çatıb. Təəssüf ki, azərbaycanlı bir qardaşımız öldürüldü və onun cənazəsi THY ilə Bakıya göndərildi. Qabona da bir heyət göndəririk. Bu dəniz quldurlarının ilk hücumu deyil, görünür son da deyil”, - deyə M.Çavuşoğlu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.