AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərbçilərimiz Türkiyədəki minatəmizləmə təlimlərindən qayıtdılar - Fotolar

  • + A
  • - A
  • 2-02-2021, 23:00



    Azərbaycan Silahlı Qüvvələri Ermənistan işğalından azad edilən bölgələrdə mina və əldəqayırma partlayıcıları təmizləməyə davam edir.

    AzadMedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

    Bildirilib ki, Azərbaycan ordusuna dəstək məqsədilə bölgəyə göndərilən Quru Qoşunları Komandanlığı təmsilçiləri bir tərəfdən minatəmizləmədə iştirak edir, digər tərəfdən də Azərbaycan hərbçilərinə bununla bağlı təlim keçirlər.

    Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin 23 hərbçisi Türkiyəyə gedərək, Xüsusi Mina Axtarış-Təmizləmə kursuna qatılıb.

    3-29 yanvar tarixləri arasında İstehkam Məktəbi və Tədris Mərkəzi Komandanlığındakı kursu müvəffəqiyyətlə başa vuran hərbçilərimiz İzmirdən Azərbaycana yola salınıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR