AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran koronavirusa qarşı ikinci vaksinini təqdim etdi

  • + A
  • - A
  • 8-02-2021, 20:40


    İran koronavirusa qarşı ikinci vaksini olan “Razi Cov Pars”ı təqdim edib.

    Azadmedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, vaksinin insan üzərində sınaqlarına yaxın vaxtda başlanacaq.

    Təqdimat Elburz əyalətinin Kərəc şəhərində baş tutub.

    “Razi” qurumunun rəhbəri Əli İshaqi təxminən bir ildir vaksin üzərində işlədiklərini, peyvəndin inkişaf etdirilməsi zamanı meymunlar üzərində sınandığını və müsbət nəticələr əldə edildiyini bildirib.

    O vurğulayıb ki, vaksin həm burundan damcı yolu ilə, həm də inyeksiya yolu ilə tətbiq edilə bilər. İlk sınaqlar 13 könüllü üzərində aparılacaq.

    Qeyd edək ki, İran ilk yerli peyvəndi olan “COVIRAN Bərəkət”i kliniki sınaq mərhələsində ötən il dekabrın 29-da insan üzərində sınamış və uğurlu nəticələr alındığını elan etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR