AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağ məsələsi növbəti dəfə müzakirə olundu

  • + A
  • - A
  • 9-02-2021, 14:00

    Dağlıq Qarabağ üzrə üçtərəfli alt qrupun dəmiryol, avtomobil və yük daşınması məsələləri üzrə iclası keçirilib.

    Bu barədə “Sputnik” Ermənistan xəbər verib.

    Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin məlumatına əsasən, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin görüşü videokonfrans formatında baş tutub.

    İştirakçılar dəmir yollarının vəziyyətini, həmçinin Dağlıq Qarabağ ətrafındakı ərazidə avtomobil yollarının çəkilməsini müzakirə ediblər.

    Tərəflər qeyd olunan məsələlər barədə fikir mübadiləsi aparıblar.

    Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin başçılıq etdikləri üçtərəfli işçi qrupu çərçivəsində ekspertlərdən ibarət alt qrupu fəaliyyət göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR