AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirildi

  • + A
  • - A
  • 30-01-2021, 23:50


    Bu gün nəqliyyat infrastrukturunun bərpasını müzakirə etmək üçün Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib.

    Azadmedia.az TASS-a istinadən xəbər verir ki, iclasda Dağlıq Qarabağda nəqliyyat və onun təhlükəsizliyinin təmin edilməsi, habelə digər nəzarət məsələləri üzrə ekspert altqruplarının yaradılması barədə qərar qəbul edilib.

    Bu barədə iclasın yekununda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

    “Tərəflər dəmir yolu, avtomobil yolu və kombinə edilmiş daşınmalar; nəqliyyat, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, altqrupların yaradılmasına dair razılığa gəldilər”, - deyə Rusiya Nazirlər Kabinetinin saytında qeyd edilib.

    Altqrupların formalaşdırılmasını 2 fevral tarixinədək tamamlamaq planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR