Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 330 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Ötən müddət ərzində 6960 nəfər koronavirus üçün testdən keçib.
Hazırda ölkədə 2521 aktiv koronavirus xəstəsi var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.