AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda daha bir qadağa - Bu iki ölkədən...

  • + A
  • - A
  • 12-02-2021, 17:52


    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

    AQTA-dan Azadmedia.az-a verilən məlumata görə, daxil olan məlumatlara əsasən, Çexiya Respublikasının Orta Çexiya (Stredocesky) və Almaniya Federativ Respublikasının Brandenburq (Brandenburg) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Bununla əlaqədar olaraq, OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Çexiya Respublikasının Orta Çexiya və Almaniya Federativ Respublikasının Brandenburq inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çexiya Respublikasından və Almaniya Federativ Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR