AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşadakı bayram tonqalları erməniləri yandırdı

  • + A
  • - A
  • 18-03-2021, 11:29



    Ülvi Quliyev
    Milli Məclisin deputatı


    29 illik fasilədən,29 ilin ayrılığına son qoyulduqdan sonra Şuşa qalasında Torpaq cərşənbəsi-İlaxır cərşənbə münasibətilə bayram tonqalı qalandı. Uzun illərin həsrətindən sonra ilk dəfədir ki, xalqımız Novruzun gəlişini milli qürur və hüzur içində qarşılamağa hazırlaşır.

    Azərbaycanın,bütün türk və müsəlman dünyasının qədim mədəniyyət beşiklərindən biri olan Şuşada ətrafa işıq saçan bayram tonqalını nəinki dünya görür, artıq onun istisini erməni vandalları öz canlarında, dərilərində hiss edirlər. Heç şübhəsiz, Qarabağda qalanan Novruz tonqalları düşmənin gözünü qamaşdırır, hərarətindən isə,əksinə,vandallar bəlkə də ”üşüdürlər”. Uca Tanrı bu tarixi anı bizlərə yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür versin!Allah Qələbəmizə imzasını atan Ali Baş Komandanımıza, onun qurub-yaratdığı müzəffər Ordumuza bundan sonra da yar olsun, Azərbaycanı sevənləri və Zəfərimizə sevinənləri, Vətənimizə sədaqətlə xidmət edənləri qorusun!

    Prezident İlham Əliyev,birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da növbəti dəfə Şuşaya səfər etdilər, Torpaq çərşənbəsini orada qarşıladılar. Bununla da həmin tarixi anı Şuşanın ətəyindən izləyənlərə ismarıc verilirdi ki,bir daha çaşmasınlar, yollarını azmasınlar, boş xülyalarla yaşamasınlar. Çünki Şuşa, Qarabağ artıq öz döğma övladlarına qovuşub. Azərbaycan əsgər və zabitinin canı-qanı bahasına, 44 gün ərzində göstərdiyi qəhrəmanlıqlar hesabına Qarabağın sinəsi düşmən tapdağından əbədi xilas edilib.

    Prezident İlham Əliyev Pənahəli Xanın vəhşilər tərəfindən dağıdılmış sarayına aid torpağın üzərində dayanıb Xan sarayını bu hala salanlara öz ismarıcını göndərdi: ”İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi.Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa,dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər... Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam".

    39 il əvvəl Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə ucaldılmış Molla Pənah Vaqifin muzey-məqbərəsi önündə dövlətimizin başçısı sivil dünyaya bu ismarıcı da verdi: ”Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbrin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik”.

    Prezident İlham Əliyev Şuşadan xalqımızın gözləntisini də cavablandırdı:”Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz ”.

    Buna zərrə qədər şübhəm yoxdur, çünki Prezident İlham Əliyevin sözü imzası qədər gücə sahibdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR