Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanı DÇ-2022-nin seçmə mərhələsində Niderlandı məğlub etmələri (4:2) münasibəti ilə təbrik edib.
Qardaş ölkə başçısı Gənclər və İdman naziri Muhammet Muharrem Kasapoğluna zəng vuraraq millinin baş məşçqisi Şenol Güneş və futbolçularla danışıb.
Ərdoğan Burak Yılmazın cərimə zərbəsindən vurduğu 4-cü qolu tərifləyib: “Maşallah, o necə gözəl zərbə idi”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.