AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid və qazi ailələrinə ərzaq sovqatları çatdırılıb

  • + A
  • - A
  • 3-04-2021, 10:43


    Xaricdə yaşayan soydaşlarımız Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinə, qazilərə və müharibədən zərər çəkmiş digər vətəndaşlarımıza diqqət və qayğısını əsirgəmir, onlara daima maddi və mənəvi dəstək olurlar.

    Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən "Səadət" Fondunun ölkəmizə müxtəlif ərzaq məhsullarından ibarət sovqatların göndərməsi də bu qəbildən olan növbəti xeyriyyə aksiyasıdır.

    "Səadət" Fondundan bildirilib ki, xeyriyyə tədbiri Türkiyənin İDDEF təşkilatının dəstəyi ilə həyata keçirilib və sovqat dolu yük maşını Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Bakıya göndərilib.

    Aksiya çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri şəhid və qazi ailələrinə sovqat dolu 200-dən çox bağlama çatdırıb





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR