AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyadan gələn şəxsin avtomobilində silah aşkarlanıb

  • + A
  • - A
  • 13-04-2021, 11:55


    AzadMedia.az xəbər verir ki, Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb.

    Məlumat Dövlət Gömrük Komitəsindən bildirilib.

    Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Lada Priora" markalı nəqliyyat vasitəsi saxlanılıb.

    Yoxlama zamanı avtomobilin sağ oturacağının altındakı boşluqda gömrük nəzarətindən gizlədilən bir ədəd üzərində "MP-654 K. CAL 4,5 MM, T 17063963" yazısı olan pnevmatik tapança və həmin tapançaya aid daraq aşkar edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR