AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qalib gəlmiş ölkə olaraq qənimətlərin nümayiş etdirilməsi xalq olaraq bizimçün çox qürurvericidir

  • + A
  • - A
  • 14-04-2021, 09:26


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    44 günlük Vətən Müharibəsi Zəfər qələbəsi ilə başa çatdı. Zəfər Paradında düşməndən alınmış qənimətlər nümayiş etdirildi və bildirildi ki, bütün qənimətlər toplanacaq, muzeydə nümayiş olunacaq. 3 gün öncə cənab Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi. Hər bir qənimət qəhrəmanlıq nümunəsi, düşməndən alınmış qisasın simvoludur. Zəfər qazanmış bir çox ölkədə Hərbi Qənimətlər Parkı mövcuddur. Və bütün Hərbi Qənimətlər Parkı olan ölkələr qürurla bu parklarında gəzir, bir daha qalib dövlət olmasının sevincini yaşayır. Ölkəmizdə də hər bir azərbaycanlı bu parkın açılmasından qürur duyur, gedib müzəffər ordumuzun ələ keçirdikləri qənimətləri öz gözləri ilə görmək istəyirlər.
    Vyanada Hərbi Tarix muzeyi var. Muzey 1850-ci ildə yaradılıb və ən qədim hərbi muzeylər sırasında dayanır. Burada bir çox ölkələrin qədim silah sursatları və o cümlədən, faşizm üzərində qələbə çaldıqdan sonra onlardan geri qalan qənimətlər saxlanılır. Belçikada yerləşən Kral müharibə muzeyi də Avropada yaxşı qorunub-saxlanılan muzeylərdən biridir. Kral müharibəsi muzeyində də faşist hərbçilərin geyimləri, silahları qorunub saxlanılır. Şəhərə gələn turistlər, buranı böyük həvəslə ziyarət edir, yeni nəsil keçmişdə faşistlərin az qala bütün dünyaya qarşı hansı texnikalarla döyüşdüyünün şahidi olur.
    Taqanroq hərb-tarix muzeyi — Taqanroq şəhərində ilk qeyri dövlət muzeyi. Muzey rayonun mərkəzində, əsrarəngiz bir ərazidə, dəniz sahilinə yaxın bir ərazidə yerləşir. Muzeydə hərbi sursatların maketləri, soyuq silahlar, hərbi geymlər, sənətlər, cəbhə ilə əlaqəli əşyalar və digər eksponatlar nümayiş olunur.
    Müharibə Uşaqlığı Muzeyi ― 2017-ci ilin yanvar ayında Bosniya-Herseqovinanın Sarayevo şəhərində açılan tarixi muzeydir. Muzeydə əşyalar, video ifadələri və hekayələrin vasitəsi ilə Bosniya müharibəsindən sağ çıxan uşaqların həyatlarından bəhs olunur.
    Özündə mübaribənin dəhşətlərini ehtiva edən eksponatlar saxlayan muzeylərin sayı onlarladır. Onların siyahısına biri də əlavə olundu - Azərbaycanda yerləşən Hərbi Qənimətlər parkı.
    Cənab Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Hərbi Qənimətlər Pakı erməni faşistləri üzərində qazanılan qələbənin təsdiqidir. Hərbi Qənimətlər Parkında maketi qoyulan erməni əsgəri, onun üzərində olan geyimi və texnikaları Azərbaycan ordusu tərəfindən qələbə qazanıldıqdan sonra qənimət olaraq götürülüb. Bu cür muzey və belə təcrübə ilk dəfə deyil. Belə muzeylər dünyanın bir çox ölkələrində hələ ötən əsrlərdən bəri yaradılıb.
    Bakıda Hərbi Qənimətlər Parkının Ermənistanda və Azərbaycanda dolanışığı ölkə əleyhinə danışmaqla aldığı qrantlardan ibarət bir dəstə arasında etiraz doğurması gözlənilən idi. Çünki Qənimətlər Parkı Ermənistan ordusunun necə darmadağın edildiyini sübut etməklə yanaşı, illər boyu himayədarları sayəsində ətrafında “məğlubedilməzlik” mifi yaradılan Ermənistan ordusunda real vəziyyətin necə acınacaqlı olduğunu bütün çılpaqlığı ilə göz önünə gətirir.
    Azərbaycan cənab Prezidentin tövsiyəsilə bu parkı salmaqla ermənilərə öz gerçək simaları ilə tanış olmaq, işğalçı təfəkkürdən utanc hissi keçirmək imkanı yaradıb. İşğaldan azad edilmiş Azərbaycan ərazilərini gəzməklə ermənilərin ağlasığmaz vəhşiliklərinin, misilsiz cinayətlərinin izini hər qarış azad edilmiş torpaqda görmək mümkündür.
    Azərbaycan turistlərin diqqətini cəlb edən ölkələr siyahısındadır. Bölgələrdə və şəhərin mərkəzində, şəhərətraflnda kifayət qədər turizm məkanları, qədim tarixi abidələr həmişə turistlərin diqqət mərkəzində olub. İşğaldan azad etdiyimiz ərazilərdə tarixi abidələrin bərpası və Hərbi Qənimətlər Parkı ölkəmizi turistlər üçün daha cazibədar edəcək. Qalib gəlmiş ölkə olaraq qənimətlərin nümayiş etdirilməsi xalq olaraq bizimçün çox qürurvericidir. Yaşasın bu qüruru bizə bəxş edən Ali Baş Komandanımız və Müzəffər Ordumuz!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR