İki nazir ağacəkmə aksiyasında - Fotolar
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AzadMedia.az xəbər verir ki, Bakının Xocasən qəsəbəsində təşkil edilən aksiyada İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi əməkdaşlarının və könüllülərin iştirakı ilə bir hektar ərazidə 500-dən artıq müxtəlif növ ağac əkilib.
Ağacəkmə aksiyasında İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də iştirak ediblər.
Aksiyaların məqsədi ölkəmizin yaşıllıq sahələrinin, flora biomüxtəlifliyinin artırılmasına, ətraf mühitin mühafizəsinə, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.
Qeyd edək ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə bir milyona yaxın ağac əkilməsi nəzərdə tutulur.