18 may tarixindən etibarən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq ediləcək.
"Azərbaycan Dəmir Yolları"QSC-dən verilən məlumata görə, cədvəllərdə dəyişiklik Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulub. Belə ki, pandemiya şəraiti ilə əlaqədar fəaliyyəti dayandırılmış Bakı-Gəncə qatarı müvəqqəti olaraq sözügedən istiqamətlərdə sərnişinlərə xidmət göstərəcək.
Bu isə Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların sayını artıracaq. Yeni cədvəlləri təqdim edirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.