AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq olaraq heç vaxt Cümhuriyyət qurucularını unutmadıq, həmişə ehtiramla yad etdik

  • + A
  • - A
  • 27-05-2021, 22:55

    Xalq olaraq heç vaxt Cümhuriyyət qurucularını unutmadıq, həmişə ehtiramla yad etdik

    İbrahim Cəfərov,
    Professor, ADAU-nun rektoru

    Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. 28 May 1918-ci il tarixində müsəlman şərqində ilk dünyəvi demokratik dövlət quruldu.

    Tarixin yaddaşında 28 May 1918-ci il Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu.

    Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Sevindirici haldır ki, Respublika Günümüzün bərqərar olmasında doğma Gəncəmizin də payı var. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib.
    Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

    1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı qırmızı rəngdəydi.

    Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi.

    23 ay yaşamasına baxmayaraq yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü
    Xalq olaraq heç vaxt Cümhuriyyət qurucularını unutmadıq, həmişə ehtiramla yad etdik. Ümummilli Lider Heydər Əliyev həmişə Cümhuriyyət qurucularını ehtiramla anmış,
    dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.
    Şükürlər olsun ki, Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Cümhuriyyət ənənəsi bərpa olundu, Azərbaycan siyasi, iqtisadi sahədə intibah dövrünə qədəm qoydu. Bu gün də Ümummilli Liderin davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil, azad, güclü, müharibədən qalib çıxmış dövlətin vətəndaşları kimi Cümhuriyyət qurucularını ehtiramla yad edirik. Bütün xalqımı 28 may - Respublika Günü münasibətilə təbrik edirəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR