AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həkimlər sertifikasiya imtahanı vermək istəmir - SƏBƏB

  • + A
  • - A
  • 30-05-2021, 10:38

    Həkimlər sertifikasiya imtahanı vermək istəmir -  SƏBƏB

    Xəbər verdiyimiz kimi, Azərbaycanda 5 mindən çox həkim tələb olunan sertifikasiya imtahanına qarşı çıxaraq etiraz edir. Onlar sosial şəbəkələrdə vahid mövqe sərgiləyirlər. Qeyd edək ki, sertifikasiya imtahanı ilə razılaşmayan həkimlərin sıraları hər gün bir az da böyüyür.
    Azadmedia.az bildirir ki, tanınmış həkim-nevropatoloq Qalib Əsədov sertifikasiya əleyhinə olan həkimlərin heç birini imtahandan qorxmaqda ittiham etməyin doğru olmadığını bildirib. Onun sözlərinə görə, tibb sahəsindən elementar anlayışı olan hər bir kəs 50-60 suala cavabı əzbərləyib asanlıqla imtahandan keçə bilər. O, qeyd edib ki, dediklərini statistika da təsdiqləyir. Belə ki, bu ilin 5 ayı ərzində imtahan verənlərin cəmi 2 faizi imtahandan keçə bilməyib. Belə olan halda həkimlər arasında narazılığın hər gün artması nə ilə bağlıdır?

    2011-ci ildə tibb işçilərinin davamlı tibbi təhsil alması, bu sahədə yeniliklərdən xəbərdar olması, daim yeniləşən, təkmilləşən dünya tibbindən geri qalmaması ilə bağlı verilən doğru qərarın düzgün icra olunmaması tibb işçiləri arasında narazılığı artırır.

    Həkim-nevropatoloqın fikrincə, əsasən bu məsələlərə irad bildirilir:

    "*Heç bir halda, xəstə ilə işləməyən kaferdra laborantlarının hazırladığı 50-60 suala cavab, 10 illik təhsilin nəticəsi kimi verilmiş diplomdan üstün ola bilməz;

    *Xaricdən gələn həkimlərə bu imtahanı vermək tələb olunmadığı halda nə üçün yerli həkimlərə qarşı belə ögey münasibət bəslənilir?

    * Həkimlər niyə bal toplamaq üçün onlara heç bir yeni məlumat verməyən Həkimləri Təkmilləşdirmə Institutuna boşuna 150 manat pul keçirməli və 2 həftə vaxtlarını sərf etməldir?

    * Xarici ölkələrdə olduğu kimi ölkəmizdə dünya səviyyəsində məşhur alimlərin mühazirələri, onların iştirakı ilə konfranslar təşkil olunmur?

    * Niyə yeni müalicə qaydaları, Ümumdünya Səhiyyə Təşkilatının, müxtəlif ixtisaslar üzrə Beynəlxalq Assosiasayaların dərgiləri, orda çap olunan məqalələr, müalicə protokolları təbliğ olunmur, bu haqda elmi praktik konfranslar keçirilmir?

    *Hansı səbəbdən təkmilləşmək üçün xarici ölkələrə üz tutmağa məcburuq? Niyə digər ölkələrlə təcrübə mübadiləsi, qarşılıqlı tibbi səfərlər təşkil olunmur? Beynəlxalq Konfranslara getmək üçün isə hər kəs öz şəxsi vəsaitindən istifadə etməlidir”.

    Q.Əsədov “Sertifikasiya imtahanına son!” deyən həkimlərin əslində “bürokratiyaya YOX”, “Sovetlərdən qalmış köhnəliyə YOX”, əvəzində isə yenilik və dünya səhiyyə sisteminə keçidə “hə” dediklərini qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR