AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq Yazıçısı Kamal Abdullanın bu romanı Almaniyada çap olundu

  • + A
  • - A
  • 16-06-2021, 17:28

    Xalq yazıçısı Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Almaniyada nəşr olunub.

    Kult.az xəbər verir ki, bu barədə kitabın redaktoru və ön sözünün müəllifi Orxan Aras məlumat verib. O bildirib ki, indiyədək Almaniyada Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları türkoloq K.Hermann tərəfindən alman dilinə tərcümə edilərək, Pem-Epubli nəşriyyatında işıq üzü görüb.

    “Unutmağa kimsə yox” Azərbaycanın tanınmış yazıçısı Kamal Abdullanın 2011-ci ildə nəşr olunan və postmodern yanaşma ilə qələmə aldığı romandır. Əsər müstəqil bir roman kimi qəbul edilsə də, əvvəllər dərc olunmuş “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanları ilə bir zəncir halqası kimi bağlıdır. Yazıçının mifoloji konsepsiyalardan və nağıl elementlərindən - Qarağac, Çiçəkli yazı, Vəng dağı, İşıq saçan daş kimi fantastik məkan və elementlərdən istifadə etməsi romanı bənzərsiz edir. Alman oxucular bu romanla birlikdə fərqli məkanlar, fərqli zamanlar içində yaşayan dəyişik bir dünyanın qapısından içəri addım atacaqlar. Kamal Abdulla özünəməxsus üslubu, canlı təsvirləri və tarixə fərqli bir pəncərədən baxışı ilə dünya ədəbiyyatında xüsusi yer tutur. Şübhə etmirəm ki, alman oxucuları bu fərqi tez bir zamanda görəcək və Kamal Abdullanın əsrarəngiz dünyasına maraqla baxacaqlar”, - deyə, O.Aras ön sözdə kitabın almanca təqdimatı üçün qeyd edib.

    Kitabın rəssamı Soltan Soltanlıdır. Kitab dünyanın ən böyük veb saytlarında, xüsusən “Amazon“da satışa təqdim olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR