“COVID-19 infeksiyasına yoluxan reanimatoloq Elnur Abdullanın müalicəsi ilə bağlı məsələlər dövlətin nəzarətindədir”.
AzadMedia.Az xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib.
Musa Abbasovun sözlərinə görə, xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən daim diqqət mərkəzində saxlanılır, eləcə də, virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilməlidir.
Qeyd edək ki, COVID-19 infeksiyası ilə mübarizə aparan Mərkəzi Neftçilər Xəstəxanasının reanimatoloqu Elnur Abdulla özü də virusa yoluxduğundan bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.