AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ŞUŞA BƏYANNAMƏSİ BÖLGƏNİN İNKİŞAFINA CİDDİ TÖHFƏ VERƏCƏK

  • + A
  • - A
  • 6-07-2021, 09:57


    Azərbaycanla Türkiyə tarixdə heç zaman bu qədər bir-birinə yaxın olmamışdır. Hazırda dünyada bu iki qardaş ölkə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Bu baxımdan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri bugünkü reallığı tam əks etdirir. Bu sözləri Azadmedia.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
    Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır: "Bu imkanlar təkcə Şuşalılar üçün deyil, həm də ətraf rayonların sakinləri, Qarabağda yaşayan ermənilər üçün xoşbəxt gələcək vəd edir. Heç şübhəsiz ki, Şuşa Bəyannaməsinin imzalanması böyük tarixi hadisədir. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir".

    Bu bəyannaməsinin imzalanması həm də 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür, - deyən C.Məmmədov Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamı olduğunu qeyd edərək vurğuladı ki, Ermənistan anlamalıdır ki, Sülh bu ölkə üçün yeganə çıxış yoludur. Hazırda Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Qarabağda miqrasiya problemi daha qabarıqdır. Əhali bölgədən qaçmağa çalışır. Demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək. Deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq.
    Sonda deputat işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən söz açdı: "Azərbaycan əraziyə yeni sərmayə qoyuluşuna ciddi hazırlaşır. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Əhalinin yaşayışındakı, durumundakı fərqlər, ticarət imkanları, iş yerləri, sənayenin inkişafı Azərbaycanı ermənilər üçün daha cazibədar edəcək. Ermənistan nə qədər ki, gec deyil Azərbaycanın yaratdığı bu reallıqdan və şansdan yararlanmalıdır".
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR