AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlandı - SİYAHI

  • + A
  • - A
  • 15-07-2021, 20:08


    Təşkilat Komitəsindən verilən xəbərə görə, müsabiqənin finalında iştirak edən 112 namizəddən 27-si qalib adını qazanıb. Onlar müsabiqəyə müraciət edən 11760 nəfər arasından idarəçilik səriştəsi və bacarıqlarına görə seçilən şəxslərdir.

    Qaliblərin adları:

    1. Quliyev Orxan Madar oğlu

    2. Mürsəlzadə Ziya Məhəmmədəli oğlu

    3. Əliyev Fərrux Mübariz oğlu

    4. Xəlilova Rzazadə Leyla Qara qızı

    5. Yusibov Orxan Aydın oğlu

    6. Alıyev Kamil Amil oğlu

    7. Hümbətov Cavid Vaqif oğlu

    8. Seyranov Xamis Rəşad oğlu

    9. Soltanov Elşən Şəmsəddin oğlu

    10. Novruzov Nazim Mikayıl oğlu

    11. Kərimov Samir Balaxan oğlu

    12. Hüseynov Fəxri İslam oğlu

    13. Mirzəzadə Elçin Yaşar oğlu

    14. Süleyman Turxan Raquf oğlu

    15. Mirzəliyev Ruslan Füzuli oğlu

    16. Zakirov Orxan Tahir oğlu

    17. Cəfərov Cəfər Əbülfət oğlu

    18. Məmmədov Məhəmməd İlqar oğlu

    19. Qafarzadə Ləman İsbəndiyar qızı

    20. Alızadə Ramtiq Natiq oğlu

    21. Mirzəzadə Vüqar Yaşar oğlu

    22. Feyzullayev Tural Hicrət oğlu

    23. Əliyev Semral Adil oğlu

    24. Abbasov Saməddin Fəxrəddin oğlu

    25. Qazı zadə Orxan Cavanşir oğlu

    26. Məlikova Ülkər Mustafa qızı

    27. Hidayətli Güldənə Şahin qızı

    Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəsini göstərdiyi üçün Təşkilat Komitəsi eyni balı toplayan iştirakçıların hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından, onların qalib elan olunmasına qərar verib. Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edəcək.

    “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

    “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR