AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naqif Həmzəyev Aqrar Universitetdə gənclərlə görüşüb

  • + A
  • - A
  • 26-07-2021, 13:11

    Naqif Həmzəyev Aqrar Universitetdə gənclərlə görüşüb

    Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları üçün növbəti görüş təşkil olunub.
    Proqram çərçivəsində qonaq Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev olub. O, tələbələrlə şəxsi inkişaflarında psixoloji aspektlər, gələcək karyeralarında uğur qazanmaq, karyera quruculuğu, motivatorluq anlayışları haqqında müzakirələr aparıb.
    Həmçinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsinə və etimad göstərilməsinə diqqət çəkən Naqif Həmzəyev qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsində onların üzərinə böyük məsuliyyət düşür.
    Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR