
Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub.
Azadmedia.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.