“İranda yeni hökuməti çox sıx bir gündəm gözləyir.”
Bu sözləri, Azadmedia.az-a açıqlamasında, Politoloq Ülkər Piriyeva diqqətə çatdırıb.
İran prezidenti İbrahim Rəisi bazar ertəsi günü Tehranın nüvə proqramı ilə bağlı hər hansı bir danışıqda ölkəsinin hüquqlarının qorunmalı olduğunu söyləyərkən, fransalı həmkarı Emmanuel Makron Tehranı danışıqları sürətlə davam etdirməyə çağırdı.
Rəisi, eyni zamanda bir saatlıq telefon danışığında Makrona Tehranın Körfəz sularında yalnış hərəkətlərdə təmkinliliyi qorumaqda ciddi olduğunu söylədi.
Bu telefon danışığı, həddindən artıq mühafizəkar Prezidentin keçən həftə vəzifəyə başladığı vaxtdan bəri bir Qərb lideri ilə danışılan ilk söhbət idi.
İran prezidentinin saytında Rəisi telefonla Makrona - hər hansı bir danışıqda İran xalqının hüquqları mütləq qorunmalı və millətimizin mənafeləri təmin edilməlidir, dediyi qeyd edilib.
Fransa Prezidentliyindən edilən yazılı açıqlamada, Makronun "İranı bir nəticəyə gəlmək üçün Vyanadakı danışıqları sürətlə davam etdirməyə və 2015 -ci il razılaşmasını pozaraq bütün nüvə fəaliyyətlərini gecikmədən dayandırmağa çağırdığı" bildirildi.
Qeyd edək ki, 2007-ci ildən davam edən münaqişə vardı – Moskva və Tehran 2007-ci ildə 5 ədəd S-300 raket batareyasının tədarükü ilə bağlı razılıq əldə ediblər. Lakin 2010 -cu ildə Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) İrana silah embarqosunu əsas gətirərək, çatdırılmasını dayandırmışdı. Bunun üzərinə, 2011 -ci ildə İran Rusiyanı beynəlxalq arbitraj məhkəməsinə verərək müqavilənin şərtlərini pozmaqda günahlandırmışdı.
Nəhayət ki, 2015-ci ildə İran nüvə danışıqlarında Qərb dövlətləri ilə kompromisə gəldikdən sonra Rusiya Prezidenti Vladimir Putin S-300-ün çatdırılacağını bildirmişdi. Beləliklə, Rostec-in baş direktoru Çemezov, çatdırılma müqaviləsinin imzalanması ilə Tehranın arbitraj işini geri götürməsini gözlədiklərini bildirmişdi.
2021-ci ilin İyun ayında Vyanada davam edən İranla nüvə sazişi müzakirəsinə - Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi adından, Baş katibin müavini və AB Xarici Əlaqələr Xidmətinin Siyasi Direktoru Enrike Moranın başçılıq etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə Birgə Komissiyaya - Rusiya, Çin, Almaniya, İngiltərə, Fransa və İrandan səviyyəli nümayəndələr qatılmışdı.
AB Xarici Əlaqələr Xidməti Baş Katibinin müavini Mora görüşdən sonra mətbuata verdiyi açıqlamada - ABŞ -ın İrana tətbiq etdiyi sanksiyaların ləğv edilməsi və İranın razılaşmanı tam şəkildə yerinə yetirməsi ilə bağlı danışıqlarda irəliləyiş olduğunu söyləyərək 6-cı sessiyada irəliləyiş əldə etdik, razılaşmaya yaxınlaşdıq, ancaq biz hələ orda deyilik, demişdi.
Eyni zamanda, bir çox texniki məsələnin aydınlaşdırıldığını və bu vəziyyətin qərar verənlərin işini asanlaşdırdığını ifadə edən Mora, ölkələrinə gedəcək nümayəndələrin anlaşmanın sona çatması üçün növbəti görüşə aydın və konstruktiv fikirlərlə gələcəyini gözlədiyini qeyd etmişdi.
ABŞ -ın əvvəlki prezidenti Donald Tramp Vaşinqtonu birtərəfli qaydada müqavilədən çıxarmış və sarsıdıcı sanksiyaları yenidən tətbiq etmişdi. ABŞ-ın yenidən tətbiq etdiyi sanksiyalara cavab olaraq Tehran da müqavilə çərçivəsində bir çox əsas öhdəliklərindən geri çəkildi.
Qeyd edim ki, Rəisi bu vəzifəni prezidentliyi dövründə Tehranın nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan 2015-ci il nüvə anlaşmasını imzalayan Həsən Ruhanidən götürdü.
Danışıqların növbəti mərhələsi hələlik qeyri -müəyyəndir
Müqaviləni canlandırmaq üçün Avstriyanın paytaxtında aprel və iyun ayları arasında İranla müqavilənin digər tərəfi İngiltərə, Çin, Fransa, Almaniya və Rusiya arasında altı sessiyada nüvə danışıqları keçirildi. Final mərhələsi iyunun 20 -də başa çatdı və başqa bir tarix təyin edilmədi.
İranlı səlahiyyətlilər, danışıqların yeni hökumətin səlahiyyətinə keçənə qədər davam etməyəcəyini söyləsələr də, AB rəsmisi bu dəfə Vyanadakı görüşlərin sentyabrın əvvəlindən davam edə biləcəyini bildirdi.
Məsələyə digər tərəfdən yanaşsaq, bölgələrində bəzi ziddiyyətli məqamlara baxmayaraq, Rusiya və İran hər zaman ümumi maraqlar ətrafında birləşməsini davam etdiriblər. Belə ki, SSRİ -nin dağılması ilə tərəflər arasında əlaqələr regional əməkdaşlıqdan nüvə əməkdaşlığına qədər dəyişdi.
Rusiya və İran Azərbaycan və Gürcüstan arasında ABŞ və NATO ilə daha sıx əlaqələrdən narahatdır; ABŞ -ın bölgədə təsirinin genişlənməsinə qarşıdır və hər ikisi Suriya məsələsində Əsədin tərəfində idi.
Digər tərəfdən, İran kimi Rusiyada ABŞ-ın maraqlarına uyğun olaraq Orta Asiya və Zaqafqaziya bölgəsində yenidən qurulmadan narahatdı. Bununla da bitmir, İran Ermənistana yaxınlaşmaqda və dəstəyi görünür. Hətda Vətən müharibəsi dönəmində və hətda ötən günlərdə İrandan Ermənistana gedən yük maşınları da bunun bariz nümunəsidir.
Çinin də son illərdə Rusiya və İrana yaxın siyasətlər qəbul etməsi, bölgədə İranın istədiyi istiqamətdə bir qütbün meydana gələ biləcəyinə işarə idi.
Lakin Əfqanistanda Talibanın yenidən ortaya çıxması ilə aydındır ki, ABŞ Əfqanistanı mərkəz tutaraq, dolayısı yolla “Siyasi pərgərlə” bütün ölkələri qarışdırmaqda davam edəcək.
Digər tərəfdən, İran kimi Rusiyada Orta Asiya və Zaqafqaziya bölgəsində ABŞ -ın 11 sentyabr hadisələrindən sonra formalaşan xarici siyasətindən illərdir narahatdır, bu narahatlığın dərəcəsinə görə eləcə də, Çin və Avropa Birliyi.
Elə bu baxımdan İran, xüsusən də Rusiya ilə daha sıx xarici siyasət yürütməyə davam edir. Rusiyanın İran siyasətinin əsasını İranın geosiyasi mövqeyi və İranla silah və nüvə material ticarəti təşkil edir.
Digər tərəfdən, İran, xüsusən 2015 -ci ildə baş verən hadisələrə qədər AB və ABŞ -ın tətbiq etdiyi iqtisadi ambarqolar və siyasi təcrid siyasəti səbəbindən bölgəyə qarşı xarici siyasətində Rusiya Federasiyası ilə yaxşı əlaqələr qurmağı prioritet olaraq təyin etdi.
İranı narahat edən digər məqam vaxtilə İsrailə səfər edən ilk Rusiya lideri olan Putinin İsrailə verdiyi önəmdir.
Ancaq Rusiya İranla qurduğu sıx əlaqələr sayəsində bu ölkə üzərində təsirini tədricən artırır, eyni zamanda, bu strateji tərəfdaşlıq Rusiyaya Yaxın Şərqdə daha fəal rol oynamaq imkanı verir.
İran regional siyasətində və həm də hərbi sahədə Rusiyanın dəstəyini alır.
Nəticədə, Rusiya ilə İran arasında mövcud əlaqələr, xüsusilə enerji məsələsində iki ölkənin mənafelərinə zidd olan potensiala malik olsa da, təhlükəsizlik problemləri ortaqdır, qarşılıqlı ticarət maraqları və Yaxın Şərq bölgələrində (xüsusilə Suriya) maraqlarının kəsişməsi ilə birbaşa nisbətdə inkişaf elədi və görünən odur ki, inkişaf etməyə davam edəcək.
İranda yeni hökuməti çox sıx bir gündəm gözləyir.
Sanksiyalar və Kovid-19 epidemiyası nəticəsində darboğaza girən ölkə iqtisadiyyatı cəmiyyətin tolerantlıq həddini aşır.
Müxtəlif şirkətlərdə çalışan minlərlə işçi aylardır tətil edir və təqaüdçülər uzun müddətdir hüquqlarının yaxşılaşdırılması üçün bir çox əyalətdə və rayonda kiçik qruplar şəklində etiraz aksiyası keçirir. Milli valyuta bölümü dollar qarşısında əhəmiyyətli dərəcədə ucuzlaşır. Beləliklə, əvvəldən epidemiyanın yaratdığı böhranı idarə etməkdə çətinlik çəkən Tehran beşinci dalğasını yaşamaqda davam edir.
Hazırda, sıx bir xarici siyasət gündəminin olduğu İranda, isti bir inkişaf gedişi olaraq, Talibanın Əfqanıstanı ələ keçirməsi, ölkənin şərqindəki faktiki vəziyyət başda olmaq üzrə, hələ ki, nəticəsinin bəlli olmadığı Vyanada altı tur davam edən nüvə danışıqlarının gələcəyi, Suriya, İraq və Yəmən faylları, xüsusilə Qafqazdakı yeni vəziyyət Qarabağ mövzusu gündəm maddələri arasındadır.
Politoloq Ülkər Piriyeva