Türkiyə Cumhuriyyəti Ticarət Naziri Mehmet Muş Şəhidlər Xiyabanını ziyarət edib. Azadmedia.az xəbər verir ki, Türkiyə Cumhuriyyəti Ticarət Naziri Mehmet Muş şəxsi heyəti və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Mətbuat müşaviri Hüseyin Altınalanın iştirakı ilə Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyi abidəsi ziyarət olunub.
Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə, Türk Şəhidliyi abidəsi önünə və şəhid məzarlarına gül dəstələri qoyulub, şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq münasibətlərinə əsaslandığı və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğu qeyd edilib, ölkələrimiz arasında əməkdaşlığın qardaşlıq münasibətləri üzərində qurulduğu və daim inkişaf etdiyi vurğulanıb.