İşğaldan azad olunmuş ərazilərə indiyə qədər səfər etməyənlərdən biri də əslən Ağdamdan olan böyük sənətkar Akif İslamzadədir.
Azadmedia.az xəbər verir ki, bununla bağlı Kult.az-a danışan Akif İslamzadə bildirib ki, səfəri təşkil edənlər də, həmin rayonlara gedənlər də azərbaycanlılardır:
“Əsas odur ki, torpaqlarımız azad olunub. Qoy gənclər getsin, biz estafeti gənclərə vermişik”.
O, azad olunmuş ərazilərimizə, eləcə də Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalına dəvət alıb-almaması ilə bağlı sualı şərh etmək istəmədiyini bildirib.
Qeyd edək ki, Akif İslamzadənin anası, xalq artisti Sara Qədimova əslən Ağdam rayonunun Abdal-Gülablı kəndindəndir.