Pakistan Ombudsmanının müşaviri Caved Qani - “Ermənistanı dövlət kimi tanımırıq, torpaqlarını işğaldan azad etdiyi üçün Azərbaycan xalqı və ordusu ilə qürur duyuruq“ - Özəl
Azərbaycanla olan sıx münasibətlərimizə görə bu günədək Ermənistanı dövlət kimi tanımırıq. Biz torpaqlarını işğaldan azad etdiyi üçün Azərbaycan xalqı və ordusu ilə qürur duyuruq.
Azadmedia.az-ın verdiyi məlumata görə, bu fikirləri Pakistan ombudsmanının müşaviri Məhəmməd Caved Qani jurnalistlərə açıqlamasında deyib.
O eyni zamanda qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir. Müşavir bu qardaşlığın və əməkdaşlığın daha da güclənəcəyinə əminliyini bildirib.
Ülkər Piriyeva
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR