AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan: “Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik”

  • + A
  • - A
  • 16-09-2021, 18:24


    Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan “2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş” proqramına qatılıb.

    O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik.

    “Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqdim etdik. 2021-ci ili Türkiyədə Ahi Evran ili elan etdik. Bu il eyni zamanda Yunus Əmrə və Hacı Bektaş ilidir”, - deyə Ərdoğan vurğulayıb.

    O əlavə edib ki, uşaqlığını Azərbaycanda keçən və Hoca Ahmet Yesevi Dərgahında böyüyən Ahi Evran daha sonra Anadoluya gəlib, Kırşehirə yerləşib və orada vəfat edib.

    “Ahi Evran tərəfindən 32 başlıq altında təsnif edilən təşkilat əsrlər boyu bu torpaqlarda ticarət və həmrəyliyin bel sütunu olub”, - deyə o vurğulayıb.

    Mənbə: “Hürriyet”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR