AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi ilə birgə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda tədbir keçirilib

  • + A
  • - A
  • 17-09-2021, 01:36


    Mərkəzi Kitabxanada “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda tədbir keçirilib.

    Azadmedia.az-ın məlumatına görə, Sentyabrın ikinci həftəsində Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi ilə birgə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda tədbir keçirilib.

    Tədbirdə ilk çıxış edən Kitabxananın direktoru Əlhəddin Nəzərov məişət, eləcə də cəmiyyətdə yaşanan qadın zorakılıqları haqqında danışaraq, zorakılığın formaları, həmçinin erkən və məcburi nikahlar barədə ətraflı danışıb. O, çıxışında bildirib ki, məişət zorakılığına məruz qalanlar əsasən, qadın və uşaqlardır. Bildirilib ki, bu gün dünyanın ən əsas problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün işlək qanunvericilik bazası və dövlət dəstəyi ilə yanaşı, cəmiyyətin zorakılıq hallarına qarşı adekvat reaksiyası olmalıdır.



    Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin baş məsləhətçisi Kamil Bağırov və Kitabxana əməkdaşı Arif İbrahimov öz çıxışlarında gender bərabərliyi mövzusunun ilk dəfə olaraq müqəddəs Quran-i Kərimdə öz əksini tapdığını, dini mətnlərdə qadınlara azadlığın verildiyini deyiblər.

    Qeyd olunub ki, müasir dövrdə mənəvi-əxlaqi dəyərlərin qorunması üçün müntəzəm olaraq tədbirlər görülür. Natiqlər günümüzün ən aktual problemlərdən biri olan boşanmalardan da söz açıb, qeyd olunan ictimai problemin əsas səbəblərindən birinin erkən nikahların olduğunu nəzərə çatdırıblar.

    Tədbirdə həmçinin dini radikalizm və narkomaniya mövzularına da toxunulub, maraq doğruran digər məsələlər müzakirə edilib.

    Ülkər Piriyeva




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR