Sentyabrın 21-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli öncə 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə bu komitədə görülmüş işlər barədə hesabatı təqdim edib.
Sonra İctimai birliklər və dini qurumlar komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planı müzakirə olunaraq təsdiqlənib.
Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli, komitə sədrinin müavini Sahib Alıyev, deputatlar Cavanşir Paşazadə, Azər Badamov, Ceyhun Məmmədov 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyan Qələbənin ildönümü ərəfəsində olduğumuzu vurğulayaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı bu möhtəşəm Qələbənin geniş miqyasda təbliğ olunması zərurətindən danışıblar.
İclasda komitə üzvləri Sevinc Fətəliyeva və Anar İsgəndərov, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.