Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva valideynlərin paytaxt məktəblərinin həyətlərinə belə buraxılmaması məsələsinə münasibət bildirib.
İdarənin müdiri jurnalistlərə açıqlamasında valideynlərin bu məsələyə anlayışla yanaşmalarını tövsiyə edib
O qeyd edib ki, valideynlər təhsilin bir parçasıdır: "Valideynlər də bu prosesə anlayışlı yanaşmalıdır. Əgər sıxlıq və problem yaranırsa, onların məktəbdən kənarda dayanması daha yaxşıdır. Məktəbin daxilinə isə yalnız COVID-19 pasportu ilə daxil olmaq mümkündür. Mənə elə gəlir ki, belə məqamda valideynlər övladlarının sağlamlığı üçün çalışmalıdır ki, sıxlıq prosesi tənzimlənə bilsin".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.