AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Hamı Azərbaycan ordusunun irəliləməsinə öyrəşmişdi" - İlham Əliyev

  • + A
  • - A
  • 24-09-2021, 11:21


    “Hərbi əməliyyatların lap əvvəlində çoxdandır gözlədiyimiz qələbə sevincini hiss etdik”.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

    “Artıq qeyd etdiyim kimi, sentyabrın 27-də bir çox yaşayış məntəqəsi azad edildi. Xalqa müraciətlərim zamanı demək olar ki, hər gün Azərbaycan xalqı məndən yeni xəbərlər gözləyirdi. Bir neçə gün fasilə olanda hamı düşünürdü ki, “Görəsən, nə baş verib?”. Hamı Azərbaycan ordusunun irəliləməsinə öyrəşmişdi, - Prezident deyib.

    Dövlət başçısının sözlərinə görə, bütün əməliyyatlar elə planlaşdırılırdı ki, itkilər minimuma endirilsin: “Bu səbəbdən əks-hücum əməliyyatı həyata keçirən Azərbaycanın öz sözləri ilə desək, daim “taktiki geri çəkilən” Ermənistanla müqayisədə daha az itkiyə məruz qalması təəccüblə qarşılanırdı. Hesab edirəm ki, bu amillər həm mənə, həm Azərbaycan ordusuna, həm də Azərbaycan xalqına inam bəxş edirdi”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR