AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin Milli Müdafiə nazirinin müavini Muhsin Dere Şəhidlər Xiyabanını ziyarət edib - Foto

  • + A
  • - A
  • 27-09-2021, 20:37


    Türkiyənin Milli Müdafiə nazirinin müavini Muhsin Dere Azərbaycanda səfərdədir.

    Azadmedia.az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi "Twitter"də qeyd edib.

    Paylaşımda bildirilir ki, Milli müdafiə nazirinin müavini və rəsmi heyəti Bakıya səfəri çərçivəsində Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyini ziyarət ediblər.

    Nazir müavini eyni zamanda Türkiyə Səfirliyini - səfir Cahit Bağcını ziyarət edib.

    Qeyd edək ki, Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

    Xalqımız bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir!







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR