Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Nazirin digər əmri ilə, Bəkir Orucov Müdafiə Nazirliyinin Kadrlar baş idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Hazırda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsini Saday Balayev icra edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.