AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nümayəndə heyəti Qazaxıstanda “Heydər Əliyev auditoriyası”nda olub

  • + A
  • - A
  • 30-09-2021, 18:55


    Qazaxıstan səfəri çərçivəsində Nur-Sultan şəhərində Lev Qumilyov adına Avrasiya Milli Universitetinin yubiley mərasimində iştirak edən Milli Məclisin nümayəndə heyəti sonra bu elm ocağının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev auditoriyası”na baş çəkib.
    Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətinin üzvləri “Heydər Əliyev auditoriyası”nın təmsilçiləri ilə, o cümlədən Avrasiya Milli Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər. Görüşdə təhsil məsələləri, bu nüfuzlu elm ocağının təlim-tədris üsulu ilə maraqlanıblar. Avrasiya Milli Universitetində “Heydər Əliyev auditoriyası”nın fəaliyyət göstərməsini yüksək qiymətləndiriblər.
    Universitetin tələbələri Azərbaycan nümayəndə heyəti ilə fikirlərini bölüşüblər.
    Söhbət zamanı Sahibə Qafarova tələbələrə təhsillə bağlı tövsiyələrini verib. Sonra Milli Məclisin xatirə hədiyyələrini – Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevlə Qazaxıstanın Birinci Prezidenti–Elbası Nursultan Nazarbayevin fotoşəklini və Azərbaycanla bağlı bir sıra kitabları “Heydər Əliyev auditoriyası”nın təmsilçilərinə təqdim edib.
    Tədbirdə xatirə şəkilləri çəkdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR