AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Yeni orden hazırlansın və İlham Əliyev təltif edilsin" - Cavanşir Paşazadə

  • + A
  • - A
  • 2-10-2021, 17:00



    "Mən istərdim ki, tarixdə qalması, yaşaması üçün Azərbaycanın ən böyük ordeni hazırlansın və ölkə Prezidenti, cənab İlham Əliyev həmin ordenlə təltif edilsin".

    Bunu Cebhe.info-ya Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Cavanşir Paşazadə deyib.

    Deputat 44 günlük müharibədən sonra ölkə başçısının təltif edilməsinin zəruri olduğunu irəli sürüb:

    '30 ildən sonra azad olunması özlüyündə böyük bir məsələdir. Bu qələbəni, torpaqlarımızı qazilərimiz, şəhidlərimiz, əbəttə ki, Zəfər yoluna qədəm qoyan ordumuzun başında dayanan Ali Baş Komandanımız İlham Əliyevin gücü ilə qazandıq, Prezident İlham Əliyevin tapşırığı, əmrləri və qəbul edilən qanunlarla qazilərimiz müxtəlif medallarla, ordenlərlə təltif edilir. Onlar dövlətin qayğısından kənarda qalmırlar. 44 gün ərzindəki müharibə taktikası, eləcə də cənab İlham Əliyevin taktikasını başqa ölkələr də tətbiq etmək istəyirlər. Yəni hərbi sahədə bu taktikadan istifadə etmək istəyirlər. Bu, Prezidentin həmin sahədə biliklərinin, uğurlu fikirlərinin olduğunu təsdiq edir. Təbii ki, bu uğurlar qanun çərçivəsində təltif edilməlidir. Bunu xalq tələb edir".

    Deputat bildirib ki, seçicilər dəfələrlə Prezidentin rəşadətli çıxışlarına, apardığı ordu siyasətinə, geri qaytarılan torpaqlara görə təltif olunması üçün məktubla ona müraciət ediblər:

    "Onlar ölkə başçısının adının əbədiləşdirilməsini istəyirlər. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz sülhsevər ölkəyik.
    Mən təklif edirəm ki, xalqın istəyi ilə, qanun çərçivəsində yeni bir orden təsis edilsin. Bu orden ölkə başçısına təqdim edilsin".

    Cavanşir Paşazadə hesab edir ki, yeni orden ancaq Ali Baş Komandan üçün təsis edilə bilər. Bu, həm də ona ulu öndər Heydər Əliyevin arzularını tamamladığına, ata arzularını yerinə yetirdiyinə görə verilə bilər:

    "Hər kəs bilir ki, ulu öndər xalqımızın torpaq arzusunu necə yerinə yetirmək, düşmən tapdağından o yurd- yuvaları necə xilas etmək istəyirdi. Vaxtsız ayrılıq buna imkan verməsə də, inanıram ki, onun da ruhu bu gün çox şaddır!"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR