AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsil naziri Emin Əmrullayev olimpiada qalibləri ilə görüşüb

  • + A
  • - A
  • 2-10-2021, 22:53

    Təhsil naziri olimpiada qalibləri ilə görüşüb.

    Azadmedia.az -ın Təhsil Nazirliyindən aldığı məlumata görə, Oktyabrın 2-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 2020-2021-ci tədris ili üzrə beynəlxalq fənn olimpiada qalibləri ilə görüş keçirilib. Görüşdə 24 nəfər beynəlxalq fənn olimpiada qalibi və olimpiadalara hazırlıq komandalarının rəhbərləri iştirak edib.

    Görüşdə çıxış edən təhsil naziri Emin Əmrullayev olimpiada hərəkatının üzvü olan hər bir gəncin gələcəkdə ölkənin ən yaxşı mütəxəssisinə çevriləcəyinə inamını ifadə edib. Nazir bildirib ki, xüsusi istedadlı gənclər onlarda olan bacarığı düzgün istiqamətləndirməyi bacarmalıdır.

    Çıxışının sonunda qalibləri bir daha təbrik edən təhsil naziri onlara uğurlar arzulayıb.

    Daha sonra olimpiada qaliblərinə hədiyyələr təqdim olunub.

    Qeyd edək ki, ötən tədris ilində məktəblilərimiz müxtəlif yaş qrupları üzrə müxtəlif miqyaslı olimpiadalardan ümumilikdə 53 medal – 6 qızıl, 15 gümüş, 32 bürünc, 10 həvəsləndirici mükafat qazanıblar.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR