AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

5 yaşlıların məktəbə cəlb edilməsi bu tarixdən ola bilər – AÇIQLAMA

  • + A
  • - A
  • 4-10-2021, 12:38


    Bir neçə gün öncə təhsil naziri Emin Əmrullayev uşaqların məktəb yaşının 5 yaşa endirilməsi ilə bağlı fikir səsləndirib. Lakin təhsil nazirinin bu fikri bəzi valideynlər arasında birmənalı şəkildə qarşılanmayıb.

    Bəs görəsən tədris yaşının aşağı endirilməsinin müsbət və mənfi tərəfləri nələrdir?

    Bu proses nə vaxtdan həyata keçiriləcək?

    Məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, dünyanın inkişaf etmiş ölkələrində məktəbə cəlbedilmə 5 yaşdan etibarən başlayır. Düzdür, Azərbaycanda 2016-cı ildən orta ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında uşaqlar 5 yaşdan etibarən məktəblərə cəlb edilirlər. Bu il 90 minə yaxın şəxs məhz 5 yaşında məktəblərə gedir. Lakin təhsil nazirinin dediyi artıq məktəbəqədər hazırlıq qruplarına yox, birinci sinfə qəbulla bağlıdır”.

    Ekspertin sözlərinə görə, sovetlər dönəmində birinci sinfə qəbul 7 yaşdan olub, Azərbaycanın müstəqilliyindən sonra bu rəqəm 6 yaşa endirildi: “Şagirdlərin fiziki vəziyyəti imkan verir ki, 5 yaşdan etibarən birinci siniflərə qəbul həyata keçirilsin. Bu son dövrlərdəki dərsliklərdə informasiya yükünün çox olması zərurətindən də irəli gəlir. 5 yaşdan etibarən məktəblərə cəlb edilmə orta ümumtəhsil məktəblərində tədris yükünü azaldacaq. Bu, müsbət bir hal və vaxtında atılmış addımdır. Bizim araşdırmamıza görə, cəlbedilmə ən yaxşı halda 2023-cü ildə baş tuta bilər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR