On milyonlarla türkün sevimli "Traktorsazi" futbol klubu diqqət çəkən paylaşım edib.
AzadMedia.az lent.az-a istinadən xəbər verir ki, klubun rəsmi "Twitter" səhifəsində 1985-ci ildə çəkilən "Qanlı zəmi" ("Atları yəhərləyin") filmindən paylaşım edilib.
Paylaşımda Qaçaq Nəbinin iranlı məmura dediyi "Arazın o tayı da, bu tayı da mənim doğma el obamdır. Elin o başı, bu başı olmaz" sözləri yer alıb.
Klubun şərh bölümündəki paylaşımı da diqqət çəkib. Belə ki, "Biz Azərbaycanlıyıq" haştağı ilə paylaşılan rəyə "Tərəfimiz bəllidir əllərimizdən" sözləri də əlavə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.