AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Pandemiyaya görə yardım 5 milyon vətəndaşı əhatə edib" - Mikayıl Cabbarov

  • + A
  • - A
  • 6-10-2021, 10:48


    “Koronavirus (COVID-19) pandemiyasından əvvəl dünya iqtisadiyyatında orta hesabla 3,5% illik artım olmuşdusa, pandemiyanın davam etdiyi 2020-ci 3,2% azalma olub”.

    Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbirdə bildirib.

    “Ötən il pandemiya ilə bağlı Azərbaycanda ümumi daxili məhsil 4,3% azalıb. Dövlətin gəlirləri azalsa da, hökümət makro iqtisadi sabitliyin təmin edilməsi üçün əhaliyə bə biznesə 2,7 milyard ABŞ dolları məbləğində yardım göstərib. Bu yardım paketi 5 milyon vətəndaşı əhatə edib”, - deyə o, qeyd edib.

    Nazirin sözlərinə görə, 2021-2022-ci illər Azərbaycan iqtisadiyyatının bərpa dövrü olacaq və münbit dinamika bu ilin sonuna qeyri-neft ixracının dəyərini 2,2 milyard dollara çatdırmağa imkan verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR